Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi

Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutmayıb. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.

Miq.az xəbər verir ki, federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.

Publika.az-ın məlumatına görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az