Rövşən Lənkəranskinin “sağ əli” AZADLIĞA ÇIXDI - VİDEO

Rövşən Lənkəranskinin “sağ əli” AZADLIĞA ÇIXDI - VİDEO

Azərbaycanlı qanuni oğru "Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.

Miq.Az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əldə etdiyimiz məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan "Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan "Rufo Gəncinski”nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır.

"Rufo Gəncinski"nin 2013-cü ildə Rusiyada saxlanılma anı:
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az