Sağ qalan Milli Qəhrəmanlarımız - ADLAR

Sağ qalan Milli Qəhrəmanlarımız - ADLAR

Ölkəmizdə Milli Qəhrəman adı verilmiş şəxslərin sayı 215 nəfərdir. Onlardan yalnız 18 nəfəri sağdır. Milli Qəhrəman adı almış şəxslərin bəziləri hazırda ordu sıralarında və hüquq-mühafizə orqanlarında xidmət edir.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. 

Milli Qəhrəman adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz” medalı təqdim edilir. Bu ad eyni şəxsə bir dəfə verilir. 

Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Bu adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər. (azvision.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az