Saakaşviliyə şok ittiham irəli sürüldü - Təcili
Mixail Saakaşvili Ukraynada dövlət çevrilişi etməkdə ittiham olunur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin vəkili Avla Boqomazova söyləyib.
Ukrayna Təhlükəsizlik Xidməti isə onun Cinayət Məcəlləsinin 256-cı maddəsinin 1-ci bəndi üzrə məsuliyyətə cəlb olunduğunu bildirib.
Qeyd edək ki, bu maddə cinayətkar dəstələrlə əlaqə və onların fəaliyyətlərinin gizlədilməsi anlamına gəlir. Bu maddəyə əsasən, Saakaşvilini 3 ildən 5 ilə qədər həbs gözləyir.
Saakaşvili az öncə həbs edilib.
Miq.Az