Saatlar bir saat geri çəkiləcək

Saatlar bir saat geri çəkiləcək
Bu il oktyabrın 25-da saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

 Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az