Sabahdan 9 günlük tətil başlayır

Sabahdan 9 günlük tətil başlayır
Gələn həftə bütövlükdə iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq.

İstiPress-in məlumatına görə, bu gün sonuncu iş günüdür. Bu il bayram günləri mart ayının 20-dən 24-dək davam edəcək. Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyi üçün beş günlük qrafiklə çalışanlar üçün 9 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, istirahət və bayram günləri nəzərə alınmaqla mart ayında 14 gün istirahət günü var. 

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az