Sabahın HAVA PROQNOZU: yağış yağacaq

Sabahın HAVA PROQNOZU: yağış yağacaq
Sabah, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə Miq.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az