Sabiq Baş Nazir: “İndi də deməyək, virus əyilə-əyilə gəzir”

Sabiq Baş Nazir: “İndi də deməyək, virus əyilə-əyilə gəzir”

"Hər bir şeyi dərhal siyasiləşdiririk. Bu da mənfi effekt verir”.

Sozcu.az-ın xəbərinə görə, bunu sabiq Baş Nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

P.Hüseyn qeyd edib ki, koronavirusla mübarizənin az qala Azərbaycan modelindən danışmağa başlayırlar: "Belə bir model ola bilməz. Arzu edirəm ki, Azərbaycanda heç xəstə olmasın. Hər bir şeydə Azərbaycan modeli axtarmağa nə ehtiyac var ki? Deputatlardan biri deyirdi ki, erməniləri səngərdə əyilə-əyilə gəzir, indi də deməyək ki, bu cür hakimiyyət olduğunu görə virus-virus əyilə-əyilə gəzir. Sən allah, bu məsələni bitirin. Azərbaycan bu xəstəliklə bağlı mübarizədə Çin modelini əsas götürüb…”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az