Sabiq nazirin oğlu vəzifəsindən istefa verdi

Sabiq nazirin oğlu vəzifəsindən istefa verdi

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu "Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib.

Miq.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayında "Azərsığorta"nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən də getməli olub. O, öz istəyi ilə işdən azad edilib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə Azərbaycan Beynəlxalq Bankı ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ABB-dəki vəzifəsindən də istefa vermişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az