Sabiq prezidentin məhkəməsi təxirə salındı
Misir inqilabından sonra hakimiyyətdən devrilən Məhəmməd Mursi və 10 nəfərin məhkəməsi sabaha qədər təxirə salınıb.
Qahirə Cəza Məhkəməsi iddia ilə bağlı bəzi səlahiyyətli şəxslərin istirahət etməsi üçün məhkəmənin sabaha saxlanmasına qərar verib.
Xatırladaq ki, Misirdə 2013-cü il iyulun 3-də çevrilişlə vəzifədən uzaqlaşdırılan Məhəmməd Mursi haqqında bir neçə iddia açılıb. Mursi və Müsəlman Qardaşlar təşkilatının bir çox liderinin də aralarında olduğu 100 nəfərə edam, 21 nəfərə ömürlük, 8 nəfərə isə 2 il həbs cəzası verən məhkəmə "casusluq” iddiası ilə 16 nəfər haqqında edam hökmü çıxarıb. Mursi də daxil olmaqla bu iddia ilə mühakimə olunan 17 nəfər isə ömürlük həbs cəzası alıb.
Axar.az