Sabir Almaslı Elmar Məmmədyarovu debata ÇAĞIRDI: "İstefa verin!"
Redaksiyamıza Almaslı Sabir Mütəllim oğlu tərəfindən maraqlı müraciət daxil olub. Miq.Az vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova məktub ünvanlayan Almaslı Sabir Mütəllim oğlunun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Azərbaycan respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova
"Hörmətli, Elmar müəllim!
Azərbaycan mətbuatında həvəslə tirajlanan Sizin Paşinyana utanmaz deməyiniz məni çox sevindirdi. Ona görə ki, eşitdiyimə görə sizin bu çıxışınızdan sonra o erməni gecə yata biməmiş, hətta.... Əgər siz vaxtında və tez-tez belə çıxışlar yapsaydınız, bizim Dağlıq Qarabağ məsələmiz çoxdan həllini tapardı.
Elmar müəllim! Siz dünyagörmüş və savadlı bir insansınız. Amma Azərbaycan Dövlətinin xarici siyasətini Hacıbala Abutalıbov, Əli Həsənov, Ziya Məmmədov və bu kimi insanların düşüncə tərzi ilə idarə edirsiniz. Əgər Azərbaycanda obyektiv bir televiziya kanalı olsaydı, özümü sizinlə müqayisə etmək üçün, debata çıxmaq istəyəcəkdim.
Elmar müəllim, siz T. Şevçenko adına Kiyev Dövlət Universitetinin məzunu, mən isə Kiyev Politexnik İnstitutunun məzunu olmuşam. Azərbaycan reallıqlarını nəzərə alsaq, çox ehtimal ki, siz tapşırıq ilə tələbə olmusunuz. Amma mən müasir Azərbaycan Dövlətçiliyinin banisi olan dahi Heydər Əliyevin çoxillik əməyinin və təhsil sahəsindəki siyasətinin nəticəsi olaraq ali məktəb tələbəsi ola bilmişəm. Tələbəlik illərindəki fəaliyyətinizdən məlumatsızam. 1985-1990 illər ərzində Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbələri ilə gediş-gəlişimiz olub, əgər parlaq, tanınmış tələbə olsaydınız, haqqınızda məlumatlı olardım. Mən fakültə tələbə sovetinin sədri (20 saylı tələbə yataqxanası), tələbə həmkarlar şurasının büro üzvi və fakultə elmi şuranın üzvi olmuşam.
Sizin atanız Azərbaycanın tanlnmlş elm xadimlərindən biridir, mənim atam isə adi bir kolxozçu olub. Mən aşağıda şəkildə görünən adi bir kənd məktəbinin, cəmi dörd sinif və bir müəllimlər otağından ibarət bir məktəbin şagirdi olmuşam, amma siz Bakının ən eltar müasir tipli bir məktəbin şagirdi olmusunuz. Göründüyü kimi mənim təhsil aldığım məktəbin səviyyəsi sizin təhsil aldığınız məktəbin səviyyəsindən qat-qat aşağıdır. Bunun da nəticəsi olaraq bu gün siz nazir, mən isə sıravi bir vətəndaşam.
Tələbəçiliyimiz də fərqli keçib, sizinki yəqin ki, tam fərqlı, mənimki isə kitabxanalrda keçib. Tələbəlik dövründəı, təhsil aldığım beş il altı ay müddətində Kiyev Politexnik İnstitutunda, hər yerdə, məni tanıyan hər kəs mənə görə Azərbaycanı tanıyıb. Yəni mən bir kəndli balası olaraq tələbə olmaqla yanaşı, eyni zamanda yaxşı mənada müsbət azərbaycanlı obrazı yarada bilmişəm.
Tədbirlərdə, müxtəlif yığıncaqlarda məni təqdim edəndə çoxlarının inanmağı gəlmirdi ki, mən azərbaycanlıyam. Yəni necə olur ki, mən bir kəndçi, hətta rus dilində aksent ilə danışan bir tələbə öz xarakter və bacarığı ilə Azərbaycan haqqında müsbət rəy yarada bilir, amma başda siz olmaqla, sayca ermənilərdən on qat çox olan bütün dünyaya səpələnən azərbaycanlılar otuz ilə yaxın müstəqillik dövründə hələ də Azərbaycan haqqında müsbət rəy formalaşdıra bilmirsiniz.
Mən siyasi iqtisad və fəlsəfə fənlərində mühazirə aparan müəllimlərimlə ancaq və ancaq Azərbaycan haqqında danışmış və diskusiyalar aparmışam. 1989-cu ildə Kiyev şəhərində mərhum tələbə yoldaşım Etibar Teymurovla (ən çox da Etibarın əməyi sayəsində) türkdilli xalqların mədəni mərkəzinin yaradılması və 1990-cı ildə Kiyev politexnik institutunun əsas binasındakı akt zalında Azərbaycan Diasporunun əsasnı qoyan təşkilatçılarından və yaradıcılarından biri olmuşam. Bakıda 20 yanvar qanlı hadiaələrindən sonra sovet KQB –si ilə qabağ-qabağa bir il yarım vuruşmuş, Litvada qlavlitin icazəsi ilə "Təcavüz” ("Aqressiya”) adlı kitabçanı çap etdirmişik. Bütün bu işlərdə mənə həmişə dayağ və arxa olan, məni sovet KQB-sinin cəngindən qoruyan müəllimlərimə, institutut rəhbərliyinə həmişə borcluyam.
Siz 15 ildir ki, Azərbaycan Dövlətinin xarici siyasəti başındasınız. Belə normalda demək olar ki, bu 15 ilin tən yarısını bəlkə də daha çoxunu xarici ölkələrdə keçirtmisiniz. Əgər bu illər ərzində hansısa bir ölkənin Azərbaycana qarşı münasibətində bir dəyişikliyə nail ola bilməmişsinizsə, bir sözlə Azərbaycan həqiqətlərini faktlarla ortaya qoymağı bacarmırsınızsa, onda vay bu ölkənin halına. Sual edirəm, necə olur mən bir kəndçi, sınıq-sökük bir məktəbin yetirməsi, sizdən fərqli ingilis dilində danışmağı bacarmayan, tərcüməçi vasitəsi ilə qabağındakı çex, alman, fransız və başqalarında Azərbaycan haqqında qısa bir zaman kəsiyində fikir formalaşdırmağı bacarıram, amma siz akademik oğlu, elitar məktəb məzunu, ingilis dilində ingilisdən yaxşı danışan, Azərbaycan Respublikasının Xarici İşlər Naziri olaraq rəhbərlik etdiyiniz çoxsaylı diplomatlar korpusu ilə illərdir boşuna ayaq döyürsünüz!?
Nə yazıqlar ki, ingilis dilini bilmək heç də xarici işlər naziri olmaq üçün əsas deyil. Azərbaycan Dövlətinin tarixi, mədəniyyəti, dini, adət-ənnələri, elmi-texniki potensialı, milli rəngarəngliyi, ölkəmizdə heç bir ölkədə olmayan tolerantlıq və s. və i. bütün bunları bilmək və təbliğ etməyi bacarmaq lazımdır, ən əsası odur ki, cəsarətli və düzgün olmalısan ki sözün keçərli olsun. Elmar müəllim siz nazirsiniz, mən isə işsiz. Bəli bu Azərbaycanda həyatın istehzasıdır. Azərbaycanda bir həqiqət var, yalan danışmaq. Bu aksiomadır. Məni haradasa adi bir süpürgəçi də işə götürə biməyəcəyini deyən taxtabaş, arxalı-dayılı, vəzifəlləri ilə öyünən, qan-qan deyən qaqaşlar Azərbaycan sərhədlərini aşan kimi nədənsə dilsiz-ağızsıs quzuya dönürlər, söz danışmağa cəsarətləri olmur. İstəyirsiniz bir gündə milyon görüş keçirdin, xeyri yoxdur, təsiri olmaz. Çünki bu gün bizi bütün dünya bizi bizdən yaxşı tanıyır. BMT-nin 74-cü sesiyasında iqtisadiyyat nazirliyi adından çıxışınız başa düşülən deyil, olmaya bu nazirliyin də funksiyaları Sizə həvalə olunub!? Siz Amerika vətəndaşı olan oğlunuza Amerikada toy edərkən ermənilər Şuşada, Ağdamıda yallı gedirdilər. 15 illik mənasız danışıqlardan sonra Siz tərəddüd etmədən, adi bir şey olmuş kimi Qarabağ danışıqlarının dalana dirəndiyini bəyan edirsiniz.
Elmar müəllim, siz Azərbaycan Respublikasının Xarici İşlər Nazirisiniz, amma övladlarınız Amerikada yaşayır, Amerika vətəndaşlarıdır, bunun bir izahını verə bilərsinizmi? Budurmu sizin Azərbaycana olan sevginiz? Məncə sizin ölkəmizə, dövlətimizə bağlılığınız bir çox məmurlar kimi vəzifə və pul üzərində qurulub. Nə oldu, bir vaxtlar ölkənin pullarını sağa-sola xərcləyən məmur övladlarının səsi-soraqları niyə yoxdur, havayı pullar qurtardı, vətənə sevgi də bitdi!? Rəhbərlik etdiyiniz nazirliyə niyə sosial durumundan, doğulduğu məkandan asılı olmayaraq savadlı, bacarıqlı gənclər işə düzələ bilmir? Nə vaxta qədər savadsız məmur övladları Azərbaycan diplomatiyasını zəbt edib, olkənin xarici siyasətini özlərinin biznes maraqlarına qurban verəcəklər? Çox maraqlıdır ki, Siz oğlunuza Amerikada toy etdikdən sonra Amerika konqresmenləri Qarabağa artıq vertolyotla gəlirlər. Görünür, Sizin uğurlu xarici siyasətinin nəticəsi olaraq tezliklə Qarabağ dünyanın turizm mərkəzinə çevriləcək.
Hörmətli, Azərbaycan dövləti üçün, xalqı üçün hələ də bir iş görməyən Elmar müəllim! Mən istəyirəm ki, siz özünüzdə güc tapıb, digər keyfiyyətsiz Azərbaycan məmurlarına nümunə ola bikəcək bir addım atasınız-istefa verəsiniz. Bəlkə Sizin istefanızdan sonra bizim kimilərin qapısı da nəhayət döyüləcək, bizə bacarığımızı nəzərə alıb haradasa nə isə təklif edəcəklər. Amma, xeyir. Biz bu gün Azərbaycanda yaşayırıqsa, mənim üçün bu yuxu olaraq qalacaq. Səbəb döğulduğum bölgə, pul və day-dayımın olmamağı. Bəli, nə qədər acı olsa da bu bir Azərbaycan reallığıdır. Vəzifə təyinatlarında bölgəçilik, pul və digər parametrlər Azərbaycan dövlətinin hər tərəfli inkişafını əngəlləyən ən biricisi və əsas səbəblərindən biridir. Fakt göz qabağındadır. Heç bir xarici güvvə, heç bir radikal müxalifət Azərbaycan dövləti üçün bölgəçilik və pul qədər təlükəli ola bilməz. Bu xarici güvvələri və radikal müxalifəti də bölgəçilik və pul vasitəsi ilə vəzifə tutan yaramaz məmurlar məlumatlandırır, malyyələşdirirlər ki, ölkədə mümkün qədər hərc-mərclik olsun və onlar da vəzifələrində əbədi otursunlar.
Hörmətli, Elmar müəllim! Siz Azərbaycan prezidentini təbliğ etməklə, ona tərif söyləmklə öz mənfi imicinizi qoruyub saxlamaq istəyirsiniz. Azərbaycan prezidentinə tərifiniz, onun komandasına sadiqliyiniz rəhbərlik etdiyiniz nazirlyin müsbət işindən ibarət ola bilər. Əgər Amerikada, Almaniyada, Fransada və başqa xarici ölkələrdə Sszi və diplomatik korpusumuzun nümayəndələrinin aktivliyi olsa idi, indi bizim ölkənin Qarabağ problemi çoxdan həllini tapardı.
Son olaraq xahiş edirəm ki, əgər istefa vermək fikrindən uzaqsınızsa, onda məni xarici işlər nazirliyinə qapıda duran mühafizəçi kimi işə görürün. Sizi əmin edirəm o qapıdan içəri keçən hər bir xarici vətəndaş Azərbaycan haqqında qəti müsbət emosiyalarla ölkəsinə geri dönəcək."
Hörmətlə:
Almaslı Sabir Mütəllimoğlu