Sadaxlıda Ermənistan vətəndaşı saxlanılıb

Sadaxlıda Ermənistan vətəndaşı saxlanılıb
Vətəninfo.az xəbər verir ki,Gürcüstanın DİN və Maliyyə Nazirliyi əməkdaşları Sadaxlı gömrüyündə Ermənistan vətəndaşını saxlayıblar.Frunzik adlı, 1947-ci il təvəllüdlü erməni mövcud qaydalarını pozmaqla sərhəddən odlu silah keçirməkdə suçlanır.
Təhqiqat müəyyən edib ki, saxlanılan Ermənistan vətəndaşı məntəqədən Gürcüstana "Valter” sistemli odlu silah və 10 döyüş patronu keçirib. Hüquq mühafizəçiləri silahı onun avtomobilinin salonundan götürüblər.
Saxlanılan erməni günahını etiraf edib. Təhqiqat davam edir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az