Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la gedib

Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la gedib


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı "Togg” avtomobili ilə gedib.

"Report” "Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə "Togg”la aparıb.

S.Qafarova avtomobildən razılığını ifadə edib:

"Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.

M.Şəntop isə vurğulayıb ki, "Togg” yaxın gələcəkdə hər yerdə olacaq: "Hər yerdə, o cümlədən Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə ən qısa zamanda "Togg”dan istifadə olunacaq”.

Qeyd edək ki, "Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az