Sahil Babayev əlillik pensiyası kəsilən şəxslərə yenidən yoxlamadan keçməyi, xəstəxanaya müraciət etməyi məsləhət görüb
"Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır".
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib: "Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta şəkildə əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq".
Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: "Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər".
****
Sahil Babayevdən pensiyalarla bağlı AÇIQLAMA
Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb: "Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 % artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”.
APA
****
Saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadə... - Nazir
Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək.
Axar.az xəbər verir ki,bunu gələn ilin büdcə zərfinin parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir:
"Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq".
Nazir həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib