Sahil Babayevdən tələbələrə "Koronavirus sürprizi" - Sosial narazılıq
Ölkə başçısının tapşırığı ilə özünüməşğulluq proqramları çərçivəsində yaradılan üç aylıq peşə kursları işsiz vətəndaşların gələcək həyatlarında müsbət təsir yaradacağı şübhəsizdir. Amma vətəndaşların bu kurslara qəbul olunması istiqamətində Dövlət Məşğulluq Xidmətinin işçiləri tərəfindən yaradılan süni manelər də heç kimə sirr deyil.
Miq Az xəbər verir ki, il boyu çətinliklə kursa qəbul olunanlar növbəti "sürprizlə” qarşılaşıblar. Belə ki, fevralın 10-da kurslara start verilib. Mart ayında tələbələr 250 manat təqaüd alacaqları halda, ölkə ərazisində karantin tədbirləri çərçivəsində qadağalardan istifadə edən DMX- nin Binəqədi rayon şöbəsi təqaüdləri gecikdirməklə yanaşı, veriləcək məbləğin 80 manatını da ödəməkdən imtina edib. Bu da ciddi sosial narazılıqla qarşılanıb.
Redaksiyamızı məlumatlandıran mənbənin məlulatına görə, qeyd olunan problemlə bağlı kursun rəhbərliyinə müraciət edən tələbələrə bildirilib ki, onlara ödəniləcək məbləğ nazirlik tərəfindən kəsilib. Görəsən, bunun adı nədir? Tələbələr nazirliyi koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda məsuliyyətli olmağa səsləməklə yanaşı, ölkə başçısına müraciət etmək zorundadırlar.
Reaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.
Miq.Az