Şakir Musayev vəzifədən azad olundu

Şakir Musayev vəzifədən azad olundu
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev vəzifəsindən azad olunub.
 
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ş.Musayev öz ərizəsi ilə işdən çıxıb.
 
Onun vəzifəsini hələlik müavini icra edir. 
 
Musayev Şakir Məzlum oğlu 15 mart 1957-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olub.
 
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, 1997-ci ildə isə M.Rəsulzadə adına BDU-nin hüquq fakültəsini bitirib. Sözügedən vəzifədə uzun müddət çalışıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az