Samir Şərifovla bağlı ittihamlara - Reaksiya

Samir Şərifovla bağlı ittihamlara - Reaksiya

Dünən bəzi mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

Miq.az bildirir ki,  "APA" bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğuya cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az