Samux Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub

Samux Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub
Samux Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb. 
Əmrə əsasən, polis mayoru Cavid Məmmədov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, C.Məmmədov bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləyib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az