Sarkisyanın ailə dostu olan avtoritet həbs edildi – FOTO

Sarkisyanın ailə dostu olan avtoritet həbs edildi – FOTO

Dünən Yerevanda kriminal aləmdə məşhur "qanuni oğru” Merab Kalaşov(Merab Tbilisski) həbs edilib.

Miq.Az xəbər verir ki, Kalaşov milliyyətcə kürddür, Polşa vətəndaşıdır və 2015-ci ildən fransız hakimiyyəti tərəfindən çirkli pulların yuyulması, qarət, eləcə də mütəşəkkil cinayət qrupunun üzvü olması ittihamları ilə axtarışa verilib.

Kalaşov Yerevan şəhər Baş cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən şəhərin mərkəzində Qriqor Lusavoriç 4/2 ünvanında saxlanılıb. Cinayətkarın saxlanılması haqqında İnterpolun baş ofisinə, eləcə də Ermənistanın baş prokurorluğuna məlumat verilib.

Haqqin.az xəbər verir ki, bəzi məlumatlara görə, Kalaşov Ermənistanın iqtidar partiyasının bir sıra deputatları, eləcə də prezidentin öz kriminal əlaqələri ilə məşhur olan qardaşı Aleksandr Sarkisyan ilə sıx əlaqələri var. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az