Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu-RÜŞVƏT QALMAQALI

Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu-RÜŞVƏT QALMAQALI

Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif  Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb. Miq.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və  gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə  nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.

Xəbərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavabsız qaldı. Mövzuya qayıdacağıq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az