Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırıldı

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırıldı

Prezident İlham Əliyev şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Qeyd edək ki, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdü 500 manat idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az