Şəhid hərbçimiz dəfn edildi - FOTOLAR

Şəhid hərbçimiz dəfn edildi - FOTOLAR

Başından vurulan hərbçi 14 il xidmət edib

Ötən gün ermənilərin atdığı güllə nəticəsində şəhid olan azərbayacanlı hərbçinin cənazəsi ailəsinə təhvil verilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Fizuli Salahov bu gün doğulduğu Şabran rayonunun Gəndab kəndindəki qəbristanlıqda dəfn olunur. 

Baş nahiyəsindən snayperlə vurulan Fizuli Salahov 2003 -cü ildən Milli Ordu sıralarında qulluq edirdi. Mərhum iki oğul atası olub. 

Salahov Fizuli Süleyman oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən şəhid olub.

Allah rəhmət eləsin!

 
 
 
 
 
 
 
Şəhidin dəfni
Şəhidin dəfni
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az