Şəhidimizlə vida mərasimi keçirilir - Fotolar + Video

Şəhidimizlə vida mərasimi keçirilir - Fotolar + Video

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.

"Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və s. şəxslər iştirak edirlər.

Ş. Əlibəyli İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Ş. Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Fotolar: Pərvin Zeynal

 

 















İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az