Şəhidin bacısı əsgərin göz yaşlarını sildi - VİDEO

Şəhidin bacısı əsgərin göz yaşlarını sildi - VİDEO
PKK-ya qarşı başladılan əməliyyatlarda 1300 nəfər həbs edilib.
Türkiyədə PKK terroru bitmək bilmir. Ölkə daxilində PKK-ya qarşı başladılan əməliyyatlarda 1300 nəfər həbs edilib. Şimali İraqda isə PKK hədəfləri artıq 5 gündür ki, bombalanır. Bizimyol.info xəbər verir ki, hər gün gələn şəhid xəbərləri ölkədəki gərginliyi bir az da artırıb. Dünən Hakkarinin Şəmdinli qəsəbəsində terror hücumu zamanı şəhid olan çavuş Ziya Sarpkayanın cənazəsi Bolunun Göynük qəsəbəsinə gətirilib. Şəhidin mərasimində çox təsirli anlar yaşanıb. Şəhidin bacısı Hülya Dəniz mərasimdə çox çətinliklə ayaqda dura bilib. Buna baxmayaraq Dəniz xanım, cənazə başında duran əsgərin göz yaşlarını silib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az