Şəhidlərin arasında İlkin Məmmədov adlı əsgər yoxdur
Fotosu yayılmış şəxsin sağ-salamat olduğu bildirilir
Bu gün bir çox mətbuat orqanlarında Qarabağdakı son döyüşlərdə şəhid olmuş əsgərlərimizlə bağlı çeşidli məlumat yayılıb. Miq.az xəbər verir ki, döyüşdə həlak olmuş qəhrəman oğullarımız arasında mayorlar Urfan Vəlizadə və Təbriz Mustafazadə, baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər Rəvan Nurayev, Samir Qaçayev, Ruhin Qəhrəmanov, Niyaz Vəlicanlı, Sarvan Mehrəliyevin adları çəkilirdi.
Həmin adlar arasında əsgər İlkin Məmmədovun da adı var idi ki, bununla bağlı xəbər təsdiqini tapmayıb. Miq.az-ın əldə etdiyi məlumata görə, şəhid olanlar arasında İlkin Məmmədov adlı əsgər yoxdur. Fotoları yayımlanmış gəncin sağ-salamat olduğu bildirilir.
Miq.az