Vətəninfo.az məlumat verir ki Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə İddiaçılar Turnirində 9-cu turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 9-cu turda ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Görüş Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Aronyan 44-cü gedişdə təslim olub. Digər oyunlarda Sergey Karyakin (Rusiya) Vladimir Kramnikə (Rusiya), Vişvanatan Anand (Hindistan) Veselin Topalova (Bolqarıstan) qalib gəlib – 1:0. Dmitri Andreykin (Rusiya) – Peter Svidler (Rusiya) matçında isə heç-heçə qeydə alınıb – 0,5:0,5.
Beləliklə, İddiaçılar Turnirində 3-cü qələbəsini qazanan Məmmədyarov üst-üstə topladığı 4,5 xalla Kramnik və Karyakinlə birgə 3 – 5-ci pillələri bölüşür. Anand 6 xalla lider, Aronyan 5 xalla 2-cidir. Svidler və Andreykin hərəyə 4 xalla 6-7-ci yerlərdə, Topalov isə 3,5 xalla 8-ci yerdə qərarlaşıb.
10-cu turda Məmmədyarov qara fiqurlarla Ananda rəqib olacaq. Karyakin Andreykinlə, Kramnik Svidlerlə, Aronyan Topalovla üz-üzə gələcək. Görüşlər martın 25-də keçiriləcək.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat