Sərdar Cəlaloğlunun verdiyi iftarda nələrdən danışlıb?

Sərdar Cəlaloğlunun verdiyi iftarda nələrdən danışlıb?

Müqəddəs Ramazan ayında Azərbaycan Demokrat Patriyası sədri Sərdar Cəlaoğlu mxalif partiya sədrlərinə verdiyi iftar süfrəsində nələrdən danışlıb?

Müsavat Patiyası başqanı İsa Qəmbərin məclisi tez tərk etməsinə səbəb olan söhbət nə olub?

Rəsul Quliyev və Ehtibar Məmmədovu birləşdirən məqam nələrdi?

Mqəddəs ramazan ayı ilə bağlı Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlunun  müxalifət partiyalarının liderlərini biraraya toplayaraq iftar verdiyi haqqında hər kəsin məlumatı var. “Vətəninfo.az”a ADP-nin iftarında iştirak etmiş partiya sədrlərindən birinin verdiyi məlumata görə. Iftar sürəsində bir çox məsələlər ətrafında söhbətlər aparılıb. Azərbaycan Milli İstiqlal Partiyası sədri Yusif Bağırzadə söhbətin şirin yerində üzünü partiya sədrlərinə tutaraq “Bəylər müxalif partiya sədrlərini bu şəkildə biraraya yığmaq çox çətin olur.Gəlmişgən qarşıdakı prezident seçkilərində müxalifətin vahid namizəd məsələsinidə danışağın.Mən hesab edirəm ki, AXCP sədri Əli Kərimlinin  müxalifətin vahid namizədi olması məsələsin müzakirə edə bilərik”deyib. AMİP sədrinin bu çıxışı partuya sədrinin verdiyi məlumata görə məclisdə müəyyən narazılıq yaradıb. Bu çıxışdan sonra Müsavat Partiyası başqanı İsa Qəmbər “Biz bura iftara gəlmişik, namizəd məsələsin mzakirə etməyə deyil” deyə cavab verib. Partiya sədrinin sözlərinə görə. Bundan sonra məclisdə susqunluq yaranıb və hərə  masa başında yanında oturanla pıçıldaşmağa başlayıb. İsa Qəmbərin məclisi tələm-tələsik tək etməsini, AMİP sədrinin etdiyi çıxışla əlaqələndirən partiya sədrinin sözlərinə görə, başqanın gedişindən sonra ev sahibi Sərdar Cəlaloğlu üzünü Y.Bağırzadəyə tutaraq “Niyə tələsdin.Heç yeri idi”deyə fikirin bildirib. Y.Bağırzadə də “Mən nə edim Əli bəy böyrümü deşdi ki,  dur davay de görək reaksiya nə olacaq”. Partiya sədrinin sözlərinə görə. Son günlər Əli Kərimli ilə bağlı ortaya atılan iddialarnı böyüməsində müəyyən mxalif partiya sədirlərinin də marağı var və bu partiyalar AXCP sədrinin vahid namizəd məsələsində maraqlı deyillər. Hətta partiya sədri maraqlı bir fikirdə bildirdi ki, yaxın zxamanlarda AXCP-Müsavat ittifaqı da pozulacaq və AXCP-AMİP-ACP-ADP-ALP-VİP və bir çox siyasi mxalif qüvvələrin birarada olduğu yeni bir birlikdə yarana bilər. Partiya sədri bu birliyin yaranmasında hazırda okianın o tayında mühacir həyat yaşayan ACP lideri Rəsul Quliyevin maraqlı olduğunu və bu birliyin yaradılması ilə Müsavat başqanı İsa Qəmbərin vahid namizədlik yolunu bağlamaq istəndiyini bildirdi. Onun sözlərinə görə. İ.Qəmbərin vahid namizəd olmasınına AMİP lideri Ehtibar Məmmədovda qarşı çıxır və o da belə bir birliyin yaranması üçün vaxtilə ona dəstək verən və sonradan dəstəyini geri çəkərək seçkilərdə E.Məmmədova böyük zərbə vuran Rəsul Quliyevlə belə birliyə getməyə razılıq verib.

Kənan 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az