Sərdar Həmidov dünyasını dəyişdi
Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov bu gün dünyasını dəyişib. Bu barədə onun yaxınları məlumat veriblər. S.Həmidov uzun müddətdi bir neçə xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhum Həmidov səhhətinin ağırlaşması səbəbilə bu gün Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Bu barədə mərhumun oğlu sosial şəbəkədə xəbər yaymışdı.
Qarabağ müharibəsi iştirakçısı olan S.Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri olub. S.Həmidov Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.
Onu da xatərladaq ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.
Miq.az