Sergey Lavrov: “Azərbaycan və Ermənistana təklif vermişik”

Sergey Lavrov: “Azərbaycan və Ermənistana təklif vermişik”

"Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”.

Miq.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın təklifini, rəsmi Yerevan və Bakı arasında münasibətləri müzakirə etdik”, - S.Lavrov vurğulayıb.

O, KTMT-dəki həmkarlarını insidentin tənzimlənməsində Rusiyanın atdığı addımlar barədə məlumatlandırdığını qeyd edib.

Xatırladaq ki, Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistan təşəbbüsü ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Düşənbədə iclası keçirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az