Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana və Azərbaycana müraciət edib. "Rusiya münaqişə zonasında etimad yaratmaq üçün əsirləri hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə tərəfdardır.
Cebhe.info-nun məlumatına görə, Sergey Lavrov keçirdiyi mətbuat konfransında belə deyib.
"Biz həmişə bütün vəziyyətlərdə belə halların humanitar həllinə tərəfdarıq. Meyitlər, hərbi əsirlər, fərdi şəxslər "hamının hamıya” prinsipi ilə dəyişdirilməlidir. Biz hesab edirik ki, bu, istər Yaxın Şərqdə, istər Dağlıq Qarabağda, istərsə də cənub-şərqi Ukraynadakı münaqişə bölgəsində etimad mühitinin yaranmasını təmin edəcək”,-Lavrov belə deyib.
Qeyd edək ki, Azərbaycan 2018-ci ilin noyabr ayında əsir və girovların "hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini irəli sürsə də, Paşinyan hökuməti bundan imtina etmişdi.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçirilmiş görüşündə əsir və girovların ailə üzvləri ilə görüşünə şərait yaradılması barədə razılıq əldə edib.
Hazırda Azərbaycan tərəfinin iki nəfər mülki vətəndaşı beş ildir ki, ermənilərin girovluğundadır. Kəlbəcər rayon sakinləri Şahbaz Quliyev və Dilqəm Əsgərov hazırda Şuşa həbsxanasında saxlanılır.
Azərbaycanda isə üç nəfər Ermənistan vətəndaşı olan hərbçi əsirlər saxlanılır. Onlar Arsen Baqdasaryan, Karem Kazaryan və Zaven Karapetyandır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto