Sərhəddə cinayətkar dəstə zərərsizləşdirildi

Sərhəddə cinayətkar dəstə zərərsizləşdirildi
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cina­yət­kar dəstə zərərsizləşdirilib.

DSX mətbuat mərkəzindən  bildirilib ki, Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinlə saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.
Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az