Sərhəddəki vəziyyətlə bağlı AB-dən açıqlama

Sərhəddəki vəziyyətlə bağlı AB-dən açıqlama
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı mövcud məlumatlar Avropa Xarici Fəaliyyət Xidmətində yoxlanılır.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev deyib.

"Mənim baş verənlərlə bağlı ətraflı məlumatım yoxdur. İndicə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Borrellin ofisində Avropa Xarici Fəaliyyət Xidmətinə sorğu göndərdim və fevral ayından orada yerləşən diplomatik missiyamızla maraqlandım. Ancaq unutmayın ki, bu, mülki missiyadır, onlar silahsızdırlar və atəş aça bilməzlər”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az