Sərkisyan Qazaxın kəndlərini işğal etdiklərini təsdiqlədi

Sərkisyan Qazaxın kəndlərini işğal etdiklərini təsdiqlədi
Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı müzakirələrə bu ölkənin sabiq prezidenti, separatizmin və azərbaycanlılara qarşı soyqırımın müəlliflərindən olan Serj Sərkisyan da qatılıb.

Axar.az xəbər verir ki, Sərkisyan erməni mediasına açıqlamasında o kəndlərin Ermənistanın yuristiksiyasına daxil olmadığını dolayısı ilə təsdiqləyib.

O, kəndlərin hansı əsaslarla qaytarılmasından bəhs edib:

"Bu danışıqlardır, sərhədlərin demarkasiyası prosesidir, yoxsa sadəcə olaraq Azərbaycanın tələbini ödəyir?”

Sərkisyan bildirib ki, guya Ermənistana daxil olan qaz kəmərlərini Azərbaycan 90-cı illərdə partlatmaq istəyirmiş:

"90-cı illərin əvvəllərində böyük çətinliklər bahasına Ermənistan həmin qaz kəmərlərinin partlaması istəyinə son qoya bildi”.

Bununla da Sərkisyan guya "təhlükəsizlik məqsədi ilə” həmin kəndlərin işğal edildiyini təsdiqləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az