Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş qadın sürücü saxlanılıb.
Vizual.az-ın APA TV-yə istinadən xəbərinə görə, Babək prospekti ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilə "Saxla!" əmri verilib.
YPX əməkdaşı Bəhram Əhmədovun sözlərinə görə, avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdur:
"Sürücü sutkanın qaranlıq vaxtında uzaqvuran işıqlardan istifadə qaydasını pozduğu üçün işarə verdik. Sürücü işarəyə məhəl qoymadan hərəkətini davam etdirdi və qarşı postda saxlanıldı. Sürücüyə yaxınlaşdıq, özümüzü təqdim etdik. Məlum oldu ki, sürücü avtomobili sərxoş halda idarə edir".
Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü isə avtomobildən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə maneçilik törədən sərnişin polis bölməsinə, avtomobil isə cərimə meydançasına aparılıb yerləşdirilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?