Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi olan gənc qız qətl törədib. Hadisə bu gün səhər saatlarında Sumqayıt şəhərində baş verib.
Vizual.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.
İnformasiyaya görə, qətl hadisəsi Sumqayıt şəhəri, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Səmayə Firidun qızı Nəcəfovanın mənzilində törədilib. Qatilin qurbanı da elə 76 yaşlı ev sahibəsinin özü olub. Təqaüdçü qadına çoxu başından və boğazından olmaqla çoxsaylı bıçaq zərbələri endirilib.
Qətldə şübhəli bilinən 21 yaşlı Şərqiyyə Ramazanova artıq saxlanıb. Məlumata görə, Oğuz rayon sakini olan Ş.Ramazanova özü polisə zəng edərək törətdiyi qətli etiraf edib.
Hələlik yalnız o məlumdur ki, Ş.Ramazanova S.Nəcəfovanın evində kirayədə qalırmış. Qətlin motivləri araşdırılır./Virtualaz.org
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür