Səudiyyə Ərəbistanı ilə dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Səudiyyə Ərəbistanı ilə dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Əməkdaşlıq perspektivləri müzakirə olunub  
 
 Fevralın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qarşı tərəfin xahişi ilə qəbul edib. 
 Səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri iki dost və qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının- Azərbaycan Prezidenti İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə mühüm rol oynadığını xüsusi qeyd edib. Ölkələrimiz arasında iki tərəfli münasibətlərin inkişafına verdiyi önəmli töhfəyə görə səfirə təşəkkürünü bildirib. 
 Səfir İssam bin Saleh əl-Cuteyli müxtəlif sahələrdə, o cümlədən, dini sahədə əlaqələrin möhkəmləndirilməsi üçün nüfuzlu din xadimi Şeyxülislam Allahşükür Paşazadənin məsləhətlərinə ehtiyac olduğunu söyləyib. Diplomat bu ilki Həcc mövsümündə də Azərbaycandan olan zəvvarların rahatlığı və təhlükəsizliyi üçün Səudiyyə Ərəbistanı Krallığın Həcc və Ümrə Nazirliyinin lazımı şərait yaradacağına əmin olduğunu bildirib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az