Seymur Orucov: “Elçibəyə xəyanət edən Əli Kərimli Razi Nurullayevə, Əbülfəz Qurbanlıyamı xəyanət etməyəcək?!”

Seymur Orucov: “Elçibəyə xəyanət edən Əli Kərimli Razi Nurullayevə, Əbülfəz Qurbanlıyamı xəyanət etməyəcək?!”

Ümumiyyətlə, biz neçə illərdir partiya olaraq bildirirdik ki, özlərini müxalifət liderləri adlandıran insanlar nə cəmiyyətdə, nə partiyada ciddi nufuza sahibdilər.

Onlar özlərini idarə etməkdə acizdilər, yalnız bəzi qüvvələrin əmrlərini yerinə yetirir, onların diqtəsi ilə hərəkət edirlər.

Bunu Gün.Az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov dilə gətirib

Onun dediyinə görə, belə bir söz var ki, xaricdən təminat, təlimat, qrant alan gec- tez vətənə xəyanət edəcək:

"Bu insanlar həqiqətən də belədirlər, başda da Əli Kərimli. Onun məqsədi müxalifətçilik etmək deyil, xarici anti-Azərbaycan qüvvələrə xidmət etməkdir. Pis olanı odur ki, onlar neçə-neçə gənci öz əməllərinə alət edib, həmin insanların həyatlarını yalan vədlərlə məhv edirlər. 

Bəziləri düz yola qayıdır, amma bəziləri ücün bunları-saxta liderləri tanımaq çox gec olur. Ən pisi isə odur ki, bu insanlar vətənə, millətə qarşı istifadə olunurlar. Razi Nurullayev istefa verəndə ona qarşı Əli Kərimli kampaniyaya başladı. İndi isə Əbulfəz Qurbanli istefa verdi. Çünki Əli Kərimli ücün müqəddəs heç nə yoxdur bu ölkədə.

Yalnız şəxsi maraqlarıdır. Biz arzu edirik ki, onun və onun kimilərin ətrafında olan kiçik kütlədə həqiqəti görsün, haqq yoluna qayıtsın. Qollarını çırmalayıb vətənə-millətə xidmət etsinlər, onun-bunun əlində maşa olmasınlar”. 

O, deyib ki, YAP, Azərbaycan iqtidarı bir gənci belə itirmək istəmir:
 
"Çünki bizim vətəndaşımızdır. Eyni zamanda, muxalifət bilirsiniz niyə gənclərdən istifadə etməyə çalışır?! 

Çünki 22- 23 il bundan qabaq o zamankı gəncləri aldadıblar, o vaxtın gəncləri də indi orta yaşlıdır, bunların nə olduqlarını çox gözəl bilirlər. 

Ona gorə gəncləri "əldə etməyə” çalışırlar. Amma xeyri yoxdur, bizim gənclik ağıllı gənclikdir, öz yolunu seçib və iri addımlarla irəliləyir. 

Əli Kərimli kimilərini də bizim xalq artıq seçki sandığında dəfn etdiyinin üstündən illər keçib. 

Xalq naftalin iyi verən bu insanlara yox deyib. Bunların artıq sonudur. Görəcəksiniz, yaxın vaxtlarda AXCP yenə də istefa firtınası ilə qarşılaşacaq.

AXCP üzvüləri sədirlərinin necə biri olduğun bilirlər. Elçibəyə xəyanət edən Əli Kərimli Razi Nurullayevə, Əbülfəz Qurbanlıyamı xəyanət etməyəcək?!”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az