Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə keçiriləcək Sammitdə iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə keçiriləcək Sammitdə iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.
   
Səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutur. QMİ sədri A. Paşazadə 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcəkdir. 
Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az