Şeyxülislam: Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır

Şeyxülislam: Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır
Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır. Suverenliyimiz tam bərpa olandan sonra birinci dəfədir ki, biz aşura mərasimi, həmçinin qanvermə aksiyası keçiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə söyləyib.

Aşuranın əhəmiyyətini diqqətə çatdıran şeyxülislam qeyd edib ki, Azərbaycan xalqı bu tarixi hadisədən dərs almalıdır. "Biz İmam Hüseyn məktəbindən dərs almalı, öz torpağımız, Vətənimiz yolunda can verməyə, qan tökməyə hazır olmalıyıq. Allah bizə elə bil xasiyyət verib ki, biz hər zaman bu kimi məsələlərdə Liderimizin başçılığı ilə bir olmağı bacarırıq”, - deyə QMİ sədri vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az