Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır və biz belə mötəbər tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ikinci günündə baş tutan plenar iclasın yekununda deyib.
Allahşükür Paşazadə çıxışında vurğulayıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılan minalar əhalinin məskunlaşmasına mane olur və onların təhlükəsizliyinə təhdid yaradır. O, həmçinin əlavə edib ki, Dünya dini liderlərinin Qlobal Bakı Sammiti beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az