Şeyxülislam Türkiyə səfirliyini ziyarət etdi

Şeyxülislam Türkiyə səfirliyini ziyarət etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçını səfirlik məqamında ziyarət etmişdir.

Şeyxülislam həzrətləri Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar  kədərləndiyini bildirmiş,  həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara Allahdan acil şəfalar diləmişdir. QMİ sədri əmin olduğunu qeyd etmişdir ki, qardaş Türkiyə xalqı Allahın köməyi və bütün türkdilli xalqların duaları ilə bu ağır imtahandan alnı açıq, daha möhkəm və mətin çıxacaqdır. Bu niyyətlə Azərbaycanın came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək və dindarlarımıza türk qardaşlarına maddi-mənəvi yardım etmək tövsiyə olunacaqdır. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu günlərdə TC Diyanət Başkanlığı vasitəsi ilə zərərçəkmişlərə maddi yardım göndərmişdir.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Şeyxülislam həzrətlərinə təziyələrinə görə təşəkkürünü bildirmiş, dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daim var olacağına, ağır günlərdə sınaqdan keçmiş qardaşlığımızın daha da möhkəmlənəciyinə əminliyini qeyd etmişdir.
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az