RTV-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi "Azərbaycan əsgərləri” klipi ictimaiyyətə təqdim edilib. Klip ilk dəfə 6 apreldə təqdim olunub və heç vaxt aktuallığını itirməyəcək bu klipi bir daha oxuculara təqdim edirik:
Miq.az xəbər verir ki, hərbi-vətənpərvərlik ruhunda yazılmış "Azərbaycan əsgərləri” mahnısında ölkəmizin hərbi qüdrəti və əsgərlərimizin şücaəti öz əksini tapıb.
Bəstəsi və ifası müğənni Səyyad Əlizadəyə məxsus musiqinin sözləri şair Vaqif Bəhmənliyə, aranjemanı isə Birhan Birərə aiddir. 2015-ci ilin noyabrından start verilən çəkilişlər Azərbaycanın cəbhə bölgəsində yerləşən və digər hərbi hissələrdə aparılıb.