“Silahı yerə qoymayacağıq, Rusiyaya qarşı döyüşəcəyik” - Zelenski

“Silahı yerə qoymayacağıq, Rusiyaya qarşı döyüşəcəyik” - Zelenski

"Ukrayna Rusiyanın təcavüzünə qarşı müdafiə olunmağı dayandırmayacaq”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.

"Sabahınız xeyir, ukraynalılar. İndi sosial şəbəkələrdə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və buradan getməyə hazırlaşıram. Mən buradayam (Kiyevdə), silahı yerə qoymayacağıq, dövlətimizi müdafiə edəcəyik, çünki silahımız bizim həqiqətimizdir. Bu, bizim torpağımızdır, ölkəmizdir, övladlarımızdır və biz hamısını qoruyacağıq”, - dövlət başçısı söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az