Kim Çendən daha bir edam- Tısbağaya görə
Vətəninfo.az-ın məlumatına görə, "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, lider may
ayında Pyongyangdakı Taedong çayının sahilində yerləşən fermanı ziyarət
edib.
Ziyarət zamanı göldə xeyli sayda tısbağa balalarının öldüyünü
görüb. Buna hiddətlənən lider ferma sahibini cəzalandırmaq qərarına
qəlib.
Kim Çen sahibin edam olunması barədə göstəriş verib.
Şimali Koreyanın Daily NK xəbər portalı edamın gerçəkləşdiyi barədə məlumat yayıb.
Xəbər portalı onu da qeyd edib ki, Şimali Koreyada quraqlıq hökm
sürür. Bu səbəbdən fermada olan göllər qurumağa başlayıb, tısbağalar
kütləvi şəkildə ölüb.
Xatırladaq ki, Koreyada olan bu cins tırbağalar şorba yeməklərində qida kimi istifadə olunur.