"Şimali Koreyaya bunun əvəzini ödətdirəcəyik"

"Düşmən qardaş"lar - Cənubi Koreya ilə Şimali Koreya sərhədində təmizlənmiş ərazidə mina partlayıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində iki Cənubi Koreya əsgəri ağır yaralanıb.
Cənubi Koreyadakı Birləşmiş Millətlər Komandirliyi (UNC) avqustun 4-də sərhəd bölgəsində baş verən hadisənin məsuliyyətini Şimali Koreyanın daşıdığını bildirib. Daha sonra Cənubi Koreya Baş Qərargah rəhbərliyinin səlahiyyətli nümayəndəsi açıqlama verərək hücumu qınayıb:
"Şimali Koreyaya bunun əvəzini ödətdirəcəyik".
Xatırladaq ki, Cənubi və Şimali Koreya Koreya müharibəsinin 1953-cü ildə atəşkəs elanı ilə başa çatması ilə bir-birindən ayrılıb.
Avqustun 4-də baş verən partlayışdan sonra ərazidə aparılan araşdırmalarda 3 taxta qutu mina tapılıb. Partlayıcıların Şimali Koreya tərəfindən istifadə edilən minalarla eyni olduğu müəyyənləşib. Şimali Koreya əsgərlərinin minaları yerləşdirmək üçün Cənubi Koreya sərhədini 500 metr pozduqları ortaya çıxıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az