Sığortaçılarla avtomobil sahibləri arasında mübahisələrə son qoyulacaq

Sığortaçılarla avtomobil sahibləri arasında mübahisələrə son qoyulacaq

Maliyyə Nazirliyi tərəfindən yeni qaydalar hazırlanır

Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi (mülkiyyətində avtomobil olan, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs) arasında qəza nəticəsində zərər dəymiş avtomobilin təmiri ilə bağlı mübahisələr son qoyulacaq.

Vətəninfo.az Fins.az-a istinadən verdiyi məlumata görə, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsində nəzərdə tutulub. Sənədə əsasən avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda təmir emalatxanasının seçilməsi ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında ciddi mübahisələr yaşanırdı. Avtomobil sahiblərinin əksəriyyəti avtomobillərinin özlərinin etimad göstərdikləri təmir emalatxanalarında təmirini tələb etsə də,  sığorta şirkətləri bir çox hallarda zərər dəymiş avtomobilin şirkət tərəfindən seçilən təmir emalatxanasında təmir etdirilməsinə üstünlük verib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az