ŞOK İDDİA: Rusiya sülhməramlıları Arayik Arutyunyanı Azərbaycana verməyi razılaşıb

ŞOK İDDİA: Rusiya sülhməramlıları  Arayik Arutyunyanı Azərbaycana verməyi razılaşıb

Erməni mediası iddia edir ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan tezliklə həbs ediləcək. Alp.az xəbər verir ki, bu iddia ilə ermənilərin "Joqovurd” qəzeti çıxış edib.

"Azərbaycan hüquq-mühafizə orqanları  Arayik Arutyunyanı tez bir zamanda həbs etmək niyyətindədir.  Bakı Arutyunyanı "Gəncəyə raket hücumu”nda ittiham edir. Qeyd edək ki, Arayik Arutyunyan Ermənistan və Artsaxdan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil. Belə insanların sayı 300-ü ötür . İndiyədəkİlham  Əliyevin sərəncamı ilə Ermənistanın 300-ə yaxın vətəndaşı, o cümlədən yüksək vəzifəli şəxslər barəsində beynəlxalq axtarış elan edilib. Ermənistan Prokurorluğu nə edib? Əvvəla, o 300 nəfərin kim olduğunu bilmirik və insanlar sadəcə olaraq hüquq-mühafizə orqanlarının tələsinə düşə bilərlər. Özəl mənbələrdən aldığımız məlumata görə Rusiya Arayik Arutyunyanı Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verməyə razılaşıb. Məhz buna görə fevralın 13-də İrəvana getmək istəyən Arayik Arutyunyan Laçin koridorundan geri qaytarılıb.”. -nəşr yazır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az