Fələstinli nazir Ziyad Əbu Ein İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma zamanı öldürülüb.
Vətəninfo.az xəbər verir ki, hadisə Fələstinin Qərbi Şəriyə ərazisində baş verib. İsrail hərbçiləri tərəfindən odlu silahla vurulan Z. Əbu Ein təcili tibbi yardım maşını ilə Ramallah xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Türkiyə mediasında isə nazirin döyülərək öldürüldüyü bildirilir. İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma olub. Toqquşmalarda fələstinli məskunlaşma naziri Ziad Əbu Ayn da yaralanıb.
İsrailli əsgərlərdən biri onun sinəsindən silahın qundağı ilə vurub. Zərbədən sonra nazir yerə yıxılıb. Onu dərhal xəstəxanaya aparsalarda həyatını xilas etmək mümkün olmayıb.
Əbu Ayn ürək xəstəsi olduğu üçün zərbənin təsirindən infarkt keçirib.
Qeyd edək ki, İordan çayının qərb sahilində fələstinlilərlə israillilər arasında toqquşmalar ötən gündən şiddətlənib. İsraillilər fələstinliləri heyvanlarını oğurlamaqda ittiham ediblər. Buna cavab olaraq isə Fələstin tərəfindən olanlar qarşı tərəfi daş atəşinə tutub, zeytun ağaclarını sındırıblar.
Nazirin ölümün dən sonra Fələstin muxtariyyətinin lideri Mahmud Abbas açıqlama verib. "Bu ölüm xoş qarşılanmayacaq barbarca bir hücumdur". O, nazirin ölümü ilə nəticələnən hadisənin araşdırılması üçün hər şeyi edəcəyini deyib.
Ziyad Əbu Einin Nazirlər Kabinetinin üzvü olduğu bildirilir, lakin hansı sahəyə cavabdeh olduğu açıqlanmır.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ