Şok ssenari: Cənubi Rusiya dövləti yaradılır

Şok ssenari: Cənubi Rusiya dövləti yaradılır

Rusiya işğal etdiyi Ukrayna ərazilərində "Cənubi Rusiya” adlı kvazidövlət yaratmaq ssenarisini nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Sxemlər” layihəsinin sərəncamında olan "Cənubi Rusiya Xalq Şurasının manifesti”ndə qeyd olunub.

Sənəddə deyilir ki, Ukrayna dövləti 2014-cü ildə qanuni yolla seçilmiş prezidentin devrilməsindən sonra guya Ukrayna SSR sərhədləri daxilində legitimliyini itirib və "Kiyev-Rus dövlətinin, Zaporojye Seçinin, Böyük Yekaterina dövrü Novorusiyasının və Ukrayna SSR-in varisi” Cənubi Rusiya sayılır.

"Keçmiş Ukrayna dövləti tərəfindən terrora və nasizm-bandera ideologiyasının totalitar şəkildə tətbiqinə cavab olaraq, biz Cənubi Rusiya Xalq Şurasının timsalında hakimiyyəti öz əlimizə alırıq və yeni Cənubi Rusiya dövlətini qururuq”, - manifestdə qeyd edilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az