SON DƏQİQƏ: Tramp göstəriş verdi - Nyu-Yorka ordu yeridildi (VİDEO)

SON DƏQİQƏ: Tramp göstəriş verdi - Nyu-Yorka ordu yeridildi (VİDEO)

ABŞ ordusu koronavirusla mübarizə məqsədiylə Nyu-York ştatına yeridilib.

 Milli Qvardiya qoşunlarının vəzifəsi otellərin, yataqxanaların və idman mərkəzlərinin reanimasiya şöbələrinə o cümlədən oxşar tibb müəssisələrinə çevrilməsini təmin etməkdir. Hakim dairələr Nyu-Yorkda 10 min civarında reanimasiya şöbəsi yaratmaq niyyətindədir. Bildirilir ki, hakim dairələr prezident Donald Trampın göstərişi ilə belə addım atıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 340 nəfərə, virusa yoluxanların sayı isə 27 minə çatıb. Ən çox yoluxma halı Nyu-York ştatında qeydə alınıb./Publika.az/
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az